bar-mobile-wh

Sizə təqdim edirik

Rəqəmsal QR tanıtımı

İndi kəşf edin
Kağız üzərində çap olunnmuş menyu və kataloqları unudun. Scan.az platforması iaşə obyektləri və şirkətlər üçün daha innovativ tanıtım üsulunu təqdim edir. Artıq menyu və kataloqlarınız daha tez əlçatan və əlavə funksionallıqla təmin olunacaq. Rahat interfeys vasitəsilə siz platformamızda müəssisənizi qeydiyyatdan keçirib, müəssisənizə uyğun menyu və kataloqu yarada bilərsiniz. Heç bir əlavə tədris və xüsusi biliklər tələb etmədən platformamız Sizə bir neçə dəqiqədə xüsusi görünüşlü menyu və kataloq yaratmağa və müştərilərinizin diqqətinə çatdırmağa imkan verəcəkdir.
QR menyu iaşə obyektlərində sifarişlərin daha tez və dəqiq alınması üçün interaktiv xidmət təklif edir. Müştəriləriniz bir başa menyudan seçdikləri məhsullar üçün qr kod generasiya edib xidmət personalına oxuda bilərlər. Bu zaman qr kodu oxuyan şəxs sifariş verilmiş məhsulların adlarını və sayını görəcəkdir. Scan.az platforması iaşə obyektləri xüsusi idarəetmə sistemini də təklif edir. Bu zaman müştərinin online verdiyi sifarişi mətbəx və kassa personalı avtomatik görəcəkdir. Avtomatik sifariş sistemi müştərilərinizə daha sürətli və keyfiyyətli xidmət təqdim etməyinizlə yanaşı resurslarınızı düzgün planlamağa imkan yaradacaqdır.
Scan.az platforması müştərilərinə müxtəlif çeşidli menyu və kataloqlar dizaynları təqdim edir. Müştərilərimiz üçün xüsusi hazirlannan dizaynlarımızın sayı vaxtaşırı artır. Siz müştəriləriniz üçün müxtəlif dizaynlardan istifadə edərək cəlbedici menyu və kataloqlar hazırlaya bilərsiniz. Hazırladığınız menyu və kataloq şablonlarını platformada yadda saxlaya və daha sonra yennidən qaldığınız yerdən hazırlamağa davam edə bilərsiniz.